Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bakının 4 rayonunda su olmayacaq
sosial

Bakının 4 rayonunda su olmayacaq

02-07-2026 12:00 14 Просмотров
IMG

Bakının Nərimanov, Nəsimi, Yasamal və Binəqədi rayonlarının bəzi ərazilərində suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

 

Bu barədə Tvit.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.

 

Bildirilib ki, su xəttinin üzərində qəzalı vəziyyətdə olan siyirtmənin yenisi ilə əvəz olunması işləri ilə əlaqədar 03 iyul 2026-cı il tarixində günorta saatlarınadək qeyd olunan ərazilərdə suyun verilməsində fasilə yaranacaq.