"Azərbaycan qlobal enerji səhnəsində mühüm iştirakçıya çevrilib, genişmiqyaslı enerji infrastruktur layihələrinin təşəbbüskarı və həyata keçirən ölkə kimi çıxış edib".
Tbit.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışında səsləndirib.
Dövlətimizin başçısı, həmçinin bildirib ki, Azərbaycan Avrasiya bölgəsində bir çox ölkələri əhatə edən layihələr həyata keçirmişdir və enerjiyə ehtiyacı olan ölkələrə yardım etmişdir.