Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Azərbaycanda kombayn parkı 571 yeni texnika ilə yenilənəcək
sosial

Azərbaycanda kombayn parkı 571 yeni texnika ilə yenilənəcək

16-06-2026 12:00 18 Просмотров
IMG

Azərbaycanda taxılçılıqda məhsul itkilərinin azaldılması və yığım prosesinin sürətləndirilməsi məqsədilə kombayn parkı genişləndiriləcək.

 

Tvit.az Report-a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən müşavirədə deyib.

 

Onun sözlərinə görə, Dövlət Proqramı çərçivəsində 22 hədəf rayon üzrə 571 yeni kombaynın alınması nəzərdə tutulur: "Yeni texnikalar məhsulun optimal vaxtda yığılmasına, itkilərin azalmasına və fermerlərin istehsal xərclərinin aşağı düşməsinə imkan verəcək. Texnika təminatının yaxşılaşdırılması məhsuldarlığın artırılması üzrə əsas istiqamətlərdən biridir".