Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Pensiyalara 3 milyard 262 milyon manat vəsait yönəldilib
sosial

Pensiyalara 3 milyard 262 milyon manat vəsait yönəldilib

16-06-2026 11:00 18 Просмотров
IMG

Bu ilin 5 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (308 milyon manat) çox olmaqla 3 milyard 262 milyon manat vəsait yönəldilib.

 

Tvit.az xəbər verir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb.

 

1 iyun 2026-cı il tarixə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 594 manata, o cümlədən yaşa görə orta aylıq pensiyanın məbləği 632 manata çatıb.

 

Yanvar-may aylarında 19 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 197 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.