Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
sosial

Şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

16-06-2026 09:00 15 Просмотров
IMG

İyunun 16-sı saat 9:00-a olan faktiki hava açıqlanıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 

Bildirilib ki, ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.

 

Düşən yağıntının miqdarı Qusarda 30, Şabranda 28, Kişçayda (Şəki) 22, Oğuzda 15, Quba, Sarıbaşda (Qax) 14, Xızı, Gədəbəydə 10, Şamaxıda 7, Qobustanda 6, Göyçay, Lerik, Xaltan, Şahbuzda 5, Qəbələdə 4, Astara, Zaqatalada 3, Şahdağda 2, Daşkəsən, Qax, İsmayıllı, Kürdəmir, Sabirabad, Biləsuvar, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndidə 1 mm-dir.