Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ UEFA Çempionlar Liqası: Bu gün "Sabah"ın rəqibi bilinəcək
СПОРТ

UEFA Çempionlar Liqası: Bu gün "Sabah"ın rəqibi bilinəcək

16-06-2026 09:00 20 Просмотров
IMG

Misli Premyer Liqasının qalibi olan "Sabah" klubunun UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün I təsnifat mərhələsindəki rəqibi bu gün bilinəcək.

Tvit.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

"Sabah"ın 14 potensial rəqibi:

"Şemrok Rovers" (İrlandiya)

TNS (Uels)

"Vikinqur" (İslandiya)

"Larne" (Şimali İrlandiya)

"KuPS" (Finlandiya)

"Kayrat" (Qazaxıstan)

"Petrokub" (Moldova)

"Flora" (Estoniya)

"Linkoln" (Cəbəllütariq)

"Universitatya" (RUmıniya)

"Klaksvik" (Farer adaları)

"Drita" (Kosovo)

"Borats" (Bosniya və Herseqovina)

"Riqa" (Latviya)

Xatırladaq ki, I təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək.