Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial ADY: 15 və 26 iyunda şəhərətrafı qatarlar şənbə-bazar qrafiki ilə hərəkət edəcək
sosial

ADY: 15 və 26 iyunda şəhərətrafı qatarlar şənbə-bazar qrafiki ilə hərəkət edəcək

10-06-2026 15:00 12 Просмотров
IMG

15 iyun – Milli Qurtuluş Günü və 26 iyun – Silahlı Qüvvələr Günü qeyri-iş günləri olduğundan, həmin tarixlərdə Bakı-Pirşağı-Sumqayıt-Bakı və Bakı-Xırdalan-Bakı marşrutu üzrə qatarlar şənbə-bazar günlərinin hərəkət cədvəli ilə hərəkət edəcək.

 

Bu barədə Tvit.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.

 

Sərnişinlər hərəkət cədvəli ilə səhmdar cəmiyyətinin saytında və ya "ADY Mobile" tətbiqində tanış ola bilərlər.