İngiltərənin "Aston Villa" klubunun qapıçısı Emiliano Martines "Yuventus"a (İtaliya) transfer olunacaq.
Tvit.az xarici mediaya istinadən xəbər verir ki, tərəflər artıq 3 illik müqavilənin şərtlərini razılaşdırıblar.
33 yaşlı argentinalı qolkiper maaşının azaldılmasına razı olub. Martines 2020-ci ildən "Aston Villa"da çıxış edir. O, 2025/2026 mövsümündə bütün turnirlərdə 44 matçda meydana çıxıb, 49 qol buraxıb və 14 oyunda qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, futbolçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalı qapıçının dəyərini 12 milyon avro olaraq qiymətləndirir.