Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial İrandan Azərbaycana 32 kq narkotik keçirilməsinin qarşısı alınıb
sosial

İrandan Azərbaycana 32 kq narkotik keçirilməsinin qarşısı alınıb

09-06-2026 11:00 49 Просмотров
IMG

İrandan Azərbaycana 32 kq narkotik keçirilməsinin qarşısı alınıb.

 

Bu barədə Tvit.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Sərhəd Qoşunları Komandanlığının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 32 kiloqram 365 qram narkotik vasitə (27 kiloqram 65 qram marixuana, 5 kiloqram 300 qram heroin) və 7200 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.


Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.