Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Göyçayda əməliyyat: Saxlanılanlar var
turizm

Göyçayda əməliyyat: Saxlanılanlar var

05-06-2026 09:00 19 Просмотров
IMG

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qanunsuz yollarla ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin satışının qarşısı alınıb.

 

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Tvit.az-a verilən məlumata görə, əməliyyat zamanı 22 yaşlı Hüseyn Əliyev və həmyaşıdı Telman Mehdiyev saxlanılıb. Onlardan 8 kiloqramdan artıq marixuana və 1 kiloqrama yaxın tiryək aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri satış məqsədilə əldə etdiklərini bildiriblər.

 

Faktla bağlı cinayət işi başlanılıb.

 

Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.