Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Avropa çempionatı: Azərbaycanın minifutbol millisi bu gün finalda Ukrayna ilə qarşılaşacaq
СПОРТ

Avropa çempionatı: Azərbaycanın minifutbol millisi bu gün finalda Ukrayna ilə qarşılaşacaq

04-06-2026 09:00 16 Просмотров
IMG

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında final oyununa bu gün çıxacaq.

 

Tvit.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv həlledici matçda Ukrayna ilə üz-üzə gələcək.

 

Qarşılaşma "Tipos Arena"da, Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

 

Xatırladaq ki, Azərbaycan millisi ötən gün əsas vaxtı 1:1 hesabı ilə bitən yarımfinal görüşünün penaltilər seriyasında Serbiya seçməsini üstələyib - 3:1. F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edən komanda 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda isə Çexiyanı (5:2) məğlub edib.