Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti DAYANDIRILIR
sosial

Şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti DAYANDIRILIR

20-05-2026 16:00 49 Просмотров
IMG

Şagirdlərin elektron yerdəyişməsi prosesi müvəqqəti dayandırılacaq.

 

Tvit.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

 

Bildirilib ki, 2025-2026-cı tədris ilinin ikinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi mayın 26-sı saat 18:00-dan etibarən müvəqqəti dayandırılacaq.

 

Qeyd olunub ki, iyunun 5-i saat 15:00-a qədər təsdiqlənmiş sorğular üzrə tələb olunan sənədlər ümumi təhsil müəssisələrinə təqdim edilməlidir.

 

Məlumata əsasən, göstərilən tarixədək tamamlanmayan sorğular və növbələr sistem tərəfindən avtomatik olaraq ləğv ediləcək.

 

Xatırladılıb ki, şagirdlərin elektron yerdəyişməsi prosesi sy.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.