Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İran həbsxanasından azad edilən ABŞ sakini vətənə qayıdıb
dünya

İran həbsxanasından azad edilən ABŞ sakini vətənə qayıdıb

19-05-2026 23:00 52 Просмотров
IMG

ABŞ-da daimi yaşayış icazəsi olan İran vətəndaşı 10 il həbsdə qaldıqdan sonra azadlığa buraxılaraq ABŞ-a qayıdıb.

 

​Tvit.az xarici mediaya istinadən xəbər verir ki, İnsan Hüquqları Fəalları Xəbər Agentliyinin (HRANA) məlumatına görə, Evin həbsxanasında saxlanılan Şahab Dalili cəzasını başa vurduqdan sonra sərbəst buraxılıb. Məlumatda onun azadlığa çıxdıqdan sonra İrandan Ermənistanın paytaxtı İrəvana keçdiyi, oradan isə Vaşinqtona yola düşdüyü bildirilir.

 

​"Düşmən dövlətlə əməkdaşlıq etməkdə" ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilmiş Dalilinin hazırda təhlükəsiz olduğu və ailəsi ilə qovuşduğu qeyd edilir. Agentlik onun qayıdış tarixi ilə bağlı dəqiq məlumat verməyib.

 

Aysel Şirinova