Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya ABŞ İranla əlaqəli olduğu iddia edilən tankeri ələ keçirdi
dünya

ABŞ İranla əlaqəli olduğu iddia edilən tankeri ələ keçirdi

19-05-2026 22:00 53 Просмотров
IMG

ABŞ Hind okeanında İranla əlaqəli olduğu iddia edilən bir neft tankerini ələ keçirib.

 

Tvit.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) mənbələrə istinadən məlumat yayıb. 

 

Qəzetin məlumatına görə, sözügedən gəmi ABŞ hakimiyyətinin mart ayında sanksiya tətbiq etdiyi "Skywave" gəmisidir. Qəzetin məlumatına görə, çərşənbə axşamı günü gəmi Malayziyanın qərbində yerləşirdi.

 

Bu, İranla müharibənin başlanğıcından bəri ABŞ tərəfindən ələ keçirilən üçüncü neft tankeridir. Aprel ayında ABŞ hakimiyyəti Majestic X və Tiffany gəmilərini saxlayıb.

 

Aysel Şirinova