Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Rubio İsveçdə NATO xarici işlər nazirləri ilə görüşəcək
dünya

Rubio İsveçdə NATO xarici işlər nazirləri ilə görüşəcək

19-05-2026 21:00 53 Просмотров
IMG

ABŞ-ın dövlət katibi Marco Rubio mayın 22-də İsveçdə keçiriləcək NATO xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, görüş çərçivəsində bir sıra ölkələrin nümayəndələri ilə Arktika bölgəsində təhlükəsizlik məsələləri müzakirə olunacaq.

 

Bildirilib ki, Rubio Helsinqborqda NATO üzrə həmkarları ilə müdafiə investisiyalarının artırılması və alyans daxilində yük bölgüsünün genişləndirilməsi məsələlərini müzakirə edəcək.

 

O, həmçinin Danimarka, İslandiya, Kanada, Norveç, Finlandiya və İsveç nümayəndələri ilə Arktikada ortaq iqtisadi və təhlükəsizlik maraqları, eləcə də Şimal bölgəsində mövcudluğun gücləndirilməsi barədə fikir mübadiləsi aparacaq.

 

Səfər çərçivəsində Rubionun İsveçin Baş naziri Ulf Kristersson və NATO-nun baş katibi Mark Rutte ilə ikitərəfli görüşlər keçirəcəyi də qeyd olunub.

 

Aysel Şirinova