Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница ДРУГОЕ 103 ildən sonra ilk dəfə yeni pişik növü kəşf edilib - FOTO
ДРУГОЕ

103 ildən sonra ilk dəfə yeni pişik növü kəşf edilib - FOTO

18-09-2026 17:00 19 Просмотров
IMG

Boliviyanın Yungas bulud meşələrində yaşayan kiçik vəhşi pişiyin yeni növ olduğu müəyyənləşdirilib. Alimlər növə yerli adını qoruyaraq Leopardus tilcayo adını veriblər.

 

Tvit.az xarici mediaya istinadən xəbər verir ki, heyvan 2016-cı ildə Yungas bölgəsində yerli sakin tərəfindən tapılıb və xilasetmə mərkəzinə yerləşdirilib. “Tigrino” adı verilən pişik daha sonra alimlərin diqqətini çəkib.

 

Tədqiqatçılar canlı heyvan və muzey nümunələrindən əldə edilən DNT məlumatlarını araşdıraraq onun digər xallı vəhşi pişiklərdən genetik baxımdan fərqləndiyini müəyyən ediblər.

 

Məlumata görə, yeni növ təxminən 46 santimetr uzunluğunda və 1,4 kiloqram ağırlığındadır. Sonuncu yeni pişik növünün 1923-cü ildə müəyyən edildiyi nəzərə alınarsa, bu, 103 ildən sonra ilk belə kəşfdir. Növün vəhşi təbiətdəki həyat tərzi barədə isə hələlik çox az məlumat var.

 

Aysel Şirinova