Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Emin Əmrullayuev Andreas Şleyxerlə görüşüb
sosial

Emin Əmrullayuev Andreas Şleyxerlə görüşüb

19-05-2026 21:00 57 Просмотров
IMG

Elm və təhsil naziri Emin Əmrullayev İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxerlə görüşüb.

 

"Tvit.az" xəbər verir ki, Dünya Təhsil Forumu çərçivəsində baş tutan görüş barədə E. Əmrullayev "X" sosial şəbəkə hesabında yazıb.

 

"Dünya Təhsil Forumu çərçivəsində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxerlə baş tutan görüşümüzdə təhsildə keyfiyyət göstəricilərinin təkmilləşdirilməsi, şagird nailiyyətlərinin qiymətləndirilməsi və müasir bacarıqların inkişafı istiqamətində əməkdaşlıq imkanlarını müzakirə etdik", - o bildirib.