Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bəzi yerlərdə intensiv yağış yağır - Faktiki hava
sosial

Bəzi yerlərdə intensiv yağış yağır - Faktiki hava

19-05-2026 18:00 45 Просмотров
IMG

Mayın 19-u saat 18:00-a olan faktiki hava açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən "Tvit.az"a verilən məlumata görə, ölkə ərazisinin bəzi rayonlarında yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

 

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Naftalanda 28, Goranboyda 27, Tərtərdə 24, Tovuz və Mingəçevirdə 20, Bərdədə 18, Sabirabadda 17, Kəlbəcər bə Gəncədə 16 m/s-dək güclənir.

 

Şahbuz, Culfa, Ağstafa, Balakən, Quba, Qusar, Qrız, Xaltan, Şabran, Yardımlı, Lerik, Lənkəran, Astarada arabir yağış yağır. Bəzi yerlərdə yağıntılar intensiv xarakterlidir.

 

Ordubad, Sarıbaş (Qax), Qusar, Qrızda duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.