Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Rayonlara 5 gün yağış yağacaq – Xəbərdarlıq
sosial

Rayonlara 5 gün yağış yağacaq – Xəbərdarlıq

19-05-2026 16:00 55 Просмотров
IMG

Mayın 21-i səhər Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 25-i axşamadək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.

 

Bu barədə Tvit.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi, 21-22-də yağıntıların qısa müddətə güclənəcəyi ehtimalı var.

 

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.