Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Umayra Tağıyeva: Azərbaycan müxtəlif ekoloji problemlər və iqlimlə bağlı təhlükələrlə üzləşib
sosial

Umayra Tağıyeva: Azərbaycan müxtəlif ekoloji problemlər və iqlimlə bağlı təhlükələrlə üzləşib

19-05-2026 11:00 116 Просмотров
IMG

Azərbaycan müxtəlif ekoloji problemlər və iqlimlə bağlı təhlükələrlə üzləşib.

 

Tvit.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Erkən xəbərdarlıq sistemləri və iqlim dayanıqlı şəhərlər" adlı tədbirdə bildirib.

 

O qeyd edib ki, iqlim böhranı, iqlim dəyişikliyi və biomüxtəlifliyin itməsi şəhərlərin və icmaların dayanıqlı inkişafı, davamlılığı üçün yeni bir sistem yaradılmasını zəruri edir:

 

"Bir çox şəhərlərdə iqlim dəyişikliyi ekosistemləri yaşayış, müşahidə və davamlılıq üçün uyğun formaya malik deyil. Azərbaycan da müxtəlif ekoloji problemlər və iqlimlə bağlı təhlükələrlə üzləşib. Şəhərlərdə iqlim dəyişikliyi ilə əlaqəli risk və fəlakətlərə qarşı dayanıqlı bina və infrastrukturun qurulması olduqca vacibdir. İstilik dalğaları, daşqınlar və digər təhlükələr ciddi problemlər yaradır".

 

U.Tağıyeva əlavə edib ki, etibarlı, əlçatan, vaxtında xəbərdarlıq və hesabat sistemləri təbii fəlakətlər zamanı insan itkilərini əhəmiyyətli dərəcədə azalda bilər:

 

"Təbii fəlakətlər üçün təhlükəsiz xəbərdarlıq və proqnozlaşdırma sistemləri seçim deyil, həyat xilas edən investisiyalardır".

 

Nazir müavini vurğulayıb ki, Azərbaycan Erkən Xəbərdarlıq Sisteminin modernləşdirilməsini tamamlamağı planlaşdırır.