Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Prezident: "Bizimlə əməkdaşlığa başlamaq istəyən ölkələrin müraciətlərinin sayı da artmaqdadır"
sosial

Prezident: "Bizimlə əməkdaşlığa başlamaq istəyən ölkələrin müraciətlərinin sayı da artmaqdadır"

19-05-2026 09:00 115 Просмотров
IMG

"Boru kəmərləri vasitəsilə qaz tədarük etdiyimiz ölkələrin sayına görə biz dünyada birinci yerdəyik. Bu rəqəm artmaqdadır".

 

Tvit.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev mayın 18-də "Euronews" televiziyasına müsahibəsində deyib.

 

"Avropa İttifaqının 10 üzv dövləti bizim müştərimizdir. Ümumilikdə isə 12 Avropa ölkəsi Azərbaycandan qaz alır. Ölkələrin sayı artır", - deyən dövlətimizin başçısı vurğulayıb ki, bizimlə əməkdaşlığa başlamaq istəyən ölkələrin müraciətlərinin sayı da artmaqdadır.