Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bəzi dövlət qulluqçularına verilən hədiyyələrlə bağlı YENİ TƏLƏB müəyyənləşdi
sosial

Bəzi dövlət qulluqçularına verilən hədiyyələrlə bağlı YENİ TƏLƏB müəyyənləşdi

15-05-2026 13:00 30 Просмотров
IMG

"Gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi"ndə dəyişiklik edilib.

 

Tvit.az-ın məlumatına görə, bununla bağlı müvafiq qərar imzalanıb.

 

Qərara əsasən, maddi və sair nemətlər, imtiyazlar və ya güzəştlər gömrük orqanı əməkdaşına ondan asılı olmayan səbəblərdən verilərsə, o bu barədə komitənin korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları qəbul edən və araşdıran səlahiyyətli struktur bölməsinə (şəxsinə) məlumat verməli və maddi və sair nemətləri, imtiyazları və ya güzəştləri gömrük orqanına akt üzrə təhvil verməlidir.

 

Həmçinin gömrük orqanı əməkdaşı hədiyyənin qəbul edilməsi və ya sadə qonaqpərvərlikdən istifadə ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə komitənin korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları qəbul edən və araşdıran səlahiyyətli struktur bölməsinin (şəxsinin) rəyini öyrənməlidir.

 

Daha əvvəl işçi qeyd olunan hallarda bilavasitə rəhbərinə məlumat verməli və onun rəyini öyrənməli idi.