Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Buraxılış imtahanına dəyişiklik edilir - DİM sədri
sosial

Buraxılış imtahanına dəyişiklik edilir - DİM sədri

14-05-2026 14:00 21 Просмотров
IMG

Gələcəkdə buraxılış imtahanında xarici dil üzrə danışıq bacarığının yoxlanılması tətbiq edilə bilər.

 

Tvit.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə deyib.

 

DİM sədri qeyd edib ki, hazırda bu imtahanlarda üç komponent, bacarıq yoxlanılır:

 

"Buraxılış imtahanlarında xarici dil üzrə hələ ki, danışıq bacarığının yoxlanılması tətbiq edilmir. Test blokunda oxuyub-anlama və dinləyib-anlamanı yoxlayan tapşırıqlar yer alır. Lakin növbəti mərhələlərdə danışıq qabiliyyətinin yoxlanılması ilə bağlı da dəyişikliklər ola bilər".

 

O həmçinin bildirib ki, növbəti il XI sinfin buraxılış imtahanında şagirdlərin xarici dil fənni üzrə yüz sözdən ibarət kiçik həcmli yazı yazması nəzərdə tutulur:

 

“Bu tapşırığın yerinə yetirilməsi ümumi imtahan vaxtına təxminən 15 dəqiqə əlavə edilməsini tələb edə bilər. Məsələ hazırda hələ müzakirə olunur. Normativ-hüquqi sənədlər də buna uyğun olmalıdır. Əgər təsdiq olunarsa, rəsmi şəkildə elan ediləcək".

 

Məleykə Abbaszadə eyni zamanda gələcəkdə informatika üzrə də imtahanların rəqəmsallaşdırılmasının nəzərdə tutulduğunu açıqlayıb:

 

"Eyni zamanda bəzi imtahanların, magistraturaya qəbul imtahanının rəqəmsallaşdırılması planlaşdırılır. Bu istiqamətdə mərhələli dəyişikliklər aparılır. Rezidenturaya qəbul imtahanının da ikinci mərhələsi bu ildən elektron olacaq".