İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin Baş naziri Benyamin Netanyahunun müharibə zamanı BƏƏ-yə səfər etməsi ilə bağlı iddialara fikir bildirib.
Tvit.az bu barədə İran mediasına istinadən xəbər verir.
“İran təhlükəsizlik qurumlarının uzun müddət əvvəl rəhbərliyimizə çatdırdıqlarını indi ictimaiyyətə açıqlayırıq. İsraillə əməkdaşlıq edərək bölünmə toxumu səpənlər məsuliyyət daşıyacaqlar",- deyə nazir vurğulayıb.
Elmin Alışov