Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ "Liverpul" "Barselona"nın futbolçusu Runi Bardaqji üçün 45 milyon avro təklif hazırlayır
СПОРТ

"Liverpul" "Barselona"nın futbolçusu Runi Bardaqji üçün 45 milyon avro təklif hazırlayır

04-05-2026 13:00 23 Просмотров
IMG

İngiltərənin "Liverpul" klubu İspaniya təmsilçisi "Barselona"da çıxış edən Runi Bardaqjini heyətinə qatmaq üçün təklif hazırlayır.

 

Tvit.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 20 yaşlı futbolçu üçün 45 milyon avro ödəməyə hazırdır.

 

İsveç millisinin üzvü Kataloniya komandasında az forma şansı əldə etməsindən narazıdır. "Qırmızılar" isə bundan istifadə etməyi planlaşdırır. "Liverpul" onun qiymətinin kəskin şəkildə artacağından ehtiyatlanaraq dünya çempionatından əvvəl müqavilə imzalamaq istəyir.

 

Xatırladaq ki, Runi Bardaqji cari mövsüm 26 oyunda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.