Böyük Britaniya, İranla atəşkəs razılaşmasına Livanı da daxil etməyi dəstəkləyir.
Tvit.az xəbər verir ki, bu barədə Xarici İşlər Naziri İvet Kupér Sky News kanalında verdiyi açıqlamada bildirib.
"Mən dünən İsrailin Livana qarşı həyata keçirdiyi hücumların eskalasiyasından dərin narahatam. Biz Livanda humanitar fəsadları, insanların kütləvi şəkildə köç etməsini görürük. Buna görə də biz atəşkəs rejiminin Livana genişləndirilməsini qəti şəkildə dəstəkləyirik", – deyə o bildirib.
Aysel Şirinova