Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya ABŞ-nin İraqdakı səfirliyi xəbərdarlıq etdi
dünya

ABŞ-nin İraqdakı səfirliyi xəbərdarlıq etdi

09-04-2026 10:00 29 Просмотров
IMG

ABŞ-ın İraqdakı səfirliyi ölkədəki vətəndaşlarına yerli şiə qruplaşmaları tərəfindən Amerika obyektlərinə qarşı yeni hücum riskləri barədə xəbərdarlıq edib. 

 

Tvit.az xəbər verir ki, müvafiq məlumat səfirliyin saytında yerləşdirilib.

 

"Yəqin ki, onlar ABŞ və ABŞ ilə əlaqəli obyektlərə qarşı İraqda, o cümlədən İraq Kürdüstanında yeni terror hücumları təşkil etməyi planlaşdırırlar", – deyə bəyanatda bildirilir.

 

Səfirlik əlavə edib ki, ABŞ vətəndaşları, ABŞ ilə İran arasında elan edilmiş atəşkəs fonunda ölkənin hava sahəsinin açılmasına baxmayaraq, İraqa səfər etməkdən çəkinməlidirlər.

 

Aysel Şirinova