ABŞ-ın İraqdakı səfirliyi ölkədəki vətəndaşlarına yerli şiə qruplaşmaları tərəfindən Amerika obyektlərinə qarşı yeni hücum riskləri barədə xəbərdarlıq edib.
Tvit.az xəbər verir ki, müvafiq məlumat səfirliyin saytında yerləşdirilib.
"Yəqin ki, onlar ABŞ və ABŞ ilə əlaqəli obyektlərə qarşı İraqda, o cümlədən İraq Kürdüstanında yeni terror hücumları təşkil etməyi planlaşdırırlar", – deyə bəyanatda bildirilir.
Səfirlik əlavə edib ki, ABŞ vətəndaşları, ABŞ ilə İran arasında elan edilmiş atəşkəs fonunda ölkənin hava sahəsinin açılmasına baxmayaraq, İraqa səfər etməkdən çəkinməlidirlər.
Aysel Şirinova