Bakıda iki nəfər dəm qazından zəhərlənərək ölüb.
Tvit.az xəbər verir ki, Suraxanı rayonu Yeni Günəşli qəsəbə sakini 1958-ci il təvəllüdlü Nazim Həmdulla oğlu Tahirov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Bundan başqa Sabunçu rayonu Maştağa qəsəbə sakini 1994-cü il təvəllüdlü Qəhrəman Yadigar oğlu Əliyev yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.