Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Bakıda iki nəfər dəm qazından zəhərlənərək ölüb
hadisə

Bakıda iki nəfər dəm qazından zəhərlənərək ölüb

08-04-2026 10:00 17 Baxış
IMG

Bakıda iki nəfər dəm qazından zəhərlənərək ölüb.

 

Tvit.az xəbər verir ki, Suraxanı rayonu Yeni Günəşli qəsəbə sakini 1958-ci il təvəllüdlü Nazim Həmdulla oğlu Tahirov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

 

Bundan başqa Sabunçu rayonu Maştağa qəsəbə sakini 1994-cü il təvəllüdlü Qəhrəman Yadigar oğlu Əliyev yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.