Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya İranın BMT-dəki səfiri Antonio Qutterşə məktub göndərib
dünya

İranın BMT-dəki səfiri Antonio Qutterşə məktub göndərib

07-04-2026 10:00 55 Просмотров
IMG

İranın BMT-dəki səfiri BMT Baş Katibi Antonio Quterreşə və BMT Təhlükəsizlik Şurasının prezidenti Camal Fares Alrowaieyə məktub göndərib.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

 

Məlumata əsasən səfir  ABŞ-ı İranın kürd müxalif qruplarını silahlandırdığı üçün pisləyib və son vaxtlarda ABŞ prezidentinin kürd müxalifət qruplarına hərbi dəstək verməsi ilə bağlı verdiyi açıqlamalara əsaslanaraq, BMT Təhlükəsizlik Şurasından güclü bir reaksiya tələb edib.

 

O, həmçinin Seyid İravani, ABŞ-ın İranın kürd müxalifət qruplarını silahlandırmasını və sonuncu etirazlar zamanı bu qruplara dəstək verməsini qınayaraq, bunun beynəlxalq hüquq və BMT prinsiplərinin pozulması olduğunu bildirib.

 

Aysel Şirinova