İranın BMT-dəki səfiri Əmir Səid İrəvani BMT Baş Katibi Antonio Quterreşə və BMT Təhlükəsizlik Şurasının prezidenti Camal Fares Alrowaieyə məktub göndərib.
Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata əsasən səfir ABŞ-ı İranın kürd müxalif qruplarını silahlandırdığı üçün pisləyib və son vaxtlarda ABŞ prezidentinin kürd müxalifət qruplarına hərbi dəstək verməsi ilə bağlı verdiyi açıqlamalara əsaslanaraq, BMT Təhlükəsizlik Şurasından güclü bir reaksiya tələb edib.
Seyid İrəvani, həmçinin ABŞ-nin beynəlxalq hüquq və BMT prinsiplərini pozduğunu məktubda bildirib.
Aysel Şirinova