İran Hindistanda qalan təxminən 180 dənizçini vətənə qaytarmaq üçün xüsusi nəqliyyat təşkil edib.
Tvit.az xəbər verir ki, Bloombergin məlumatına görə, dənizçilərin əksəriyyətinin Hindistanın cənubundakı Koçi şəhərindən geri uçacağı gözlənilir.
Şri-Lankanın Müdafiə Nazirliyi bildirib ki, hakimiyyət orqanları həmçinin 4 martda ABŞ-ın hücumu nəticəsində gəminin Şri-Lanka sahillərində beynəlxalq sularda batması nəticəsində həlak olan 84 iranlı dənizçinin cəsədlərini geri qaytarmağa hazırlaşır. Rəsmilər gəminin vurulduğu zaman silahsız olduğunu bildiriblər.
Aysel Şirinova