Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya İran Hindistandakı dənizçilərini geri qaytarmağa hazırlaşır
dünya

İran Hindistandakı dənizçilərini geri qaytarmağa hazırlaşır

13-03-2026 21:00 16 Views
IMG

İran Hindistanda qalan təxminən 180 dənizçini vətənə qaytarmaq üçün xüsusi nəqliyyat təşkil edib.

 

Tvit.az xəbər verir ki, Bloombergin məlumatına görə, dənizçilərin əksəriyyətinin Hindistanın cənubundakı Koçi şəhərindən geri uçacağı gözlənilir.

 

Şri-Lankanın Müdafiə Nazirliyi bildirib ki, hakimiyyət orqanları həmçinin 4 martda ABŞ-ın hücumu nəticəsində gəminin Şri-Lanka sahillərində beynəlxalq sularda batması nəticəsində həlak olan 84 iranlı dənizçinin cəsədlərini geri qaytarmağa hazırlaşır. Rəsmilər gəminin vurulduğu zaman silahsız olduğunu bildiriblər.

 

Aysel Şirinova