Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Qarabağ və Şərqi Zəngəzurda informasiya və rabitə sektorundan gəlirlər açıqlandı
sosial

Qarabağ və Şərqi Zəngəzurda informasiya və rabitə sektorundan gəlirlər açıqlandı

03-03-2026 16:00 13 Просмотров
IMG

Ötən il Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında göstərilən informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 7 milyon 281 min 800 manat təşkil edib.

"Tvit.az" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 2,7% azdır. 2025-ci ildə Qarabağ iqtisadi rayonu üzrə informasiya və rabitə sahəsində 6 milyon 945 min 900 manat dəyərində xidmət göstərilib. Bu isə illik müqayisədə 5% azalma deməkdir.

Dövr ərzində Şərqi Zəngəzur iqtisadi rayonu üzrə informasiya və rabitə xidmətlərinin dəyəri illik müqayisədə 51,8% artaraq 335 min 900 manat olub.