Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Qarabağ və Şərqi Zəngəzurda informasiya və rabitə sektorundan gəlirlər açıqlandı
sosial

Qarabağ və Şərqi Zəngəzurda informasiya və rabitə sektorundan gəlirlər açıqlandı

03-03-2026 16:00 15 Views
IMG

Ötən il Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında göstərilən informasiya və rabitə xidmətlərinin ümumi dəyəri 7 milyon 281 min 800 manat təşkil edib.

"Tvit.az" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə 2,7% azdır. 2025-ci ildə Qarabağ iqtisadi rayonu üzrə informasiya və rabitə sahəsində 6 milyon 945 min 900 manat dəyərində xidmət göstərilib. Bu isə illik müqayisədə 5% azalma deməkdir.

Dövr ərzində Şərqi Zəngəzur iqtisadi rayonu üzrə informasiya və rabitə xidmətlərinin dəyəri illik müqayisədə 51,8% artaraq 335 min 900 manat olub.