Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ Azərbaycan millisi DÇ-2027-nin seçmə mərhələsində mübarizəyə başlayır
СПОРТ

Azərbaycan millisi DÇ-2027-nin seçmə mərhələsində mübarizəyə başlayır

03-03-2026 13:00 22 Просмотров
IMG

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan milli yığması 2027-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində ilk sınağına çıxacaq.

 

Tvit.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda mübarizə aparan komandamız qrup mərhələsinin ilk görüşündə Şimali Makedoniya kollektivi ilə üz-üzə gələcək.

 

"Dalğa Arena"da təşkil olunacaq və saat 15:00-da start götürəcək qarşılaşmanı Polşadan olan hakimlər briqadası idarə edəcək.


Qeyd edək ki, Azərbaycan yığması seçmə mərhələdəki ikinci oyununu martın 7-də səfərdə Macarıstan millisinə qarşı keçirəcək. Felksut şəhərində yerləşən "Panço Arena"da baş tutacaq həmin görüşün start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.