Bu gün qadın futbolçulardan ibarət Azərbaycan milli yığması 2027-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində ilk sınağına çıxacaq.
Tvit.az xəbər verir ki, C Liqasının 3-cü qrupunda mübarizə aparan komandamız qrup mərhələsinin ilk görüşündə Şimali Makedoniya kollektivi ilə üz-üzə gələcək.
"Dalğa Arena"da təşkil olunacaq və saat 15:00-da start götürəcək qarşılaşmanı Polşadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, Azərbaycan yığması seçmə mərhələdəki ikinci oyununu martın 7-də səfərdə Macarıstan millisinə qarşı keçirəcək. Felksut şəhərində yerləşən "Panço Arena"da baş tutacaq həmin görüşün start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.