Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница şou-biznes Tolik bu tarixdə tamaşaçılarla sağollaşacaq, Zaur şiddətli TÖHMƏT ALDI
şou-biznes

Tolik bu tarixdə tamaşaçılarla sağollaşacaq, Zaur şiddətli TÖHMƏT ALDI

25-02-2026 14:00 24 Просмотров
IMG

Xəbər verdiyimiz kimi, Elgiz Əkbər və Tolikin (Tarix Əliyev) müəllifi və aparıcısı olduğu verilişlər bağlanıb.

Tvit.az axar.az-a istinadən bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, Elgizin ARB-də yayımlanan “Elgizlə izlə” verilişi canlı yayımlandığı üçün artıq dayandırılıb. Tarix Əliyevə isə (Speys TV) bu həftədən canlı efir qadağan edilmişdi, ona görə əvvəlcədən verilişlər hazırlanıb. O verilişlər həftə sonuna qədər tamamlanacaq və Tolik cümə günü tamaşaçıları ilə sağollaşacaq.

Həmçinin vurğulanıb ki, Zaur Nəbioğluna (ATV) şiddətli töhmət verilib və efirə çağırılan qonaqların seçimi bundan sonra daha diqqətlə aparılacaq.