Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница СПОРТ "Liverpul" Dioqu Jotanın xatirəsini əbədiləşdirir
СПОРТ

"Liverpul" Dioqu Jotanın xatirəsini əbədiləşdirir

23-10-2026 14:00 31 Просмотров
IMG

İngiltərənin "Liverpul" klubu sabiq futbolçusu Dioqu Jotaya həsr olunan kitabın işıq üzü görəcəyini açıqlayıb.

 

Tvit.az xəbər verir ki, klub bu barədə sosial şəbəkə hesablarında məlumat yayıb.

 

"Əbədi qəlbimizdə" adlanan kitab futbolçunun həyat yolundan, karyerasından və geridə qoyduğu irsdən bəhs edəcək.

 

Nəşrdə Jotaya ən yaxın insanlardan xatirələr yer alacaq. Onların arasında futbolçunun həyat yoldaşı Rut, valideynləri İzabel və Joakim, "Liverpul"un sabiq baş məşqçisi Yurgen Klopp, eləcə də onu yaxından tanıyan 90-dan çox şəxsin fikirləri var. Kitabda Jotanın həm futbolçu, həm də insan kimi portreti təqdim olunacaq.