Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Fransa və Böyük Britaniya ilk dəfə birgə nüvə zərbəsi təlimi keçirib
dünya

Fransa və Böyük Britaniya ilk dəfə birgə nüvə zərbəsi təlimi keçirib

23-10-2026 17:00 12 Просмотров
IMG

Fransa və Böyük Britaniya ilk dəfə nüvə zərbəsinin endirilməsi ssenarisini əhatə edən birgə hərbi təlim keçirib.

 

Tvit.az xəbər verir ki, bu barədə "The Guardian" iki ölkənin hökumətlərinin birgə bəyanatına istinadən məlumat yayıb.

Təlim zamanı Fransanın “Rafale” qırıcıları hərbi bazadan havaya qalxıb və Böyük Britaniyanın “Typhoon” qırıcılarının müşayiəti ilə nüvə zərbəsi ssenarisini simulyasiya edib. Təlimdə real nüvə silahından istifadə olunmayıb.

Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq bildirib ki, təlim iki ölkə arasında strateji tərəfdaşlığın gücünü və artan təhdidlər qarşısında birgə fəaliyyətə hazırlığını nümayiş etdirir.

Fransa tərəfi isə müstəqil nüvə arsenalına malik olmağın iki ölkə arasında hərbi koordinasiyaya mane olmadığını vurğulayıb.

 

Aysel Şirinova