Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Afrika ölkələri Azərbaycanın müdafiə sənayesi barədə məlumatlandırılıb
sosial

Afrika ölkələri Azərbaycanın müdafiə sənayesi barədə məlumatlandırılıb

11-02-2026 20:00 17 Просмотров
IMG

Somali, Sudan və Burundinin müdafiə nazirlikləri Səudiyyə Ərəbistanın Ər-Riyad şəhərində keçirilən "World Defence Show 2026" beynəlxalq sərgisi çərçivəsində Azərbaycanın müdafiə sənayesi barədə məlumatlandırılıb.

 

Bu barədə Tvit.az-a Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev fevralın 11-də Somalinin müdafiə naziri Ahmed Moallim Fiqi, Sudanın müdafiə naziri Hassan Daoud Kabroun Kayan və Burundinin müdafiə nazirinin müavini general Marius Ngendabanka ilə görüşüb.


Görüşlərdə tərəflər öz ölkələrində müdafiə sənayesinin mövcud vəziyyəti, istehsal potensialı və prioritet istiqamətləri barədə ətraflı məlumat veriblər.


Müzakirələr zamanı birgə tədqiqat imkanları, kadr hazırlığı, təcrübə mübadiləsi və ixtisaslaşmış təlim mexanizmləri, həmçinin innovativ texnologiyaların tətbiqi, rəqəmsal həllər, silah və texnikanın modernizasiyası, eləcə də sərgi çərçivəsində təqdim olunan yeniliklər və gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Qarşılıqlı anlaşma şəraitində keçən görüşlərdə tərəfləri maraqlandıran digər məsələlər də müzakirə edilib.