Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Bakıda daha bir ərazidə söküntü başlayır - Tunel tikiləcək (VİDEO)
sosial

Bakıda daha bir ərazidə söküntü başlayır - Tunel tikiləcək (VİDEO)

11-02-2026 11:00 22 Просмотров
IMG

Bakıda yeni tunel tikiləcək. Tunelin tikintisi məqsədilə bir sıra plana düşən evlər söküləcək.

"Tvit.az" İTV-yə istinadən xəbər verir ki, tunelin məqsədi “20 Yanvar” dairəsi və “Şamaxinka”dan gedən sıxlığın aradan qaldırılmasıdır.

Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə 25 layihənin icrası nəzərdə tutulur.

“Artıq onun bir neçəsində işlərə start verilib, bir neçəsində isə yaxın müddətdə işlərə başlanılması nəzərdə tutulur. O cümlədən, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsindən Kənar Dairəvi yola çıxan tunelin inşası nəzərdə tutulur”.

Artıq söküntü işləri ilə bağlı sakinlərə rəsmi bildirişlər təqdim edilib.