Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Vens: ABŞ Azərbaycanla münasibətlərdə yeni səhifə açır
siyasət

Vens: ABŞ Azərbaycanla münasibətlərdə yeni səhifə açır

10-02-2026 19:00 12 Просмотров
IMG

ABŞ Azərbaycanla münasibətlərdə yeni səhifə açır.

 

Tvit.az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında bildirib.

 

"Biz bu dostluğa görə minnətdarlığımızı ifadə etmək, həmçinin həqiqətən səhifəni çevirmək və yeni fəsil açmaq üçün bu gün gəlmək istədik. Düşünürəm ki, ABŞ Prezidenti Donald Trampın və Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi ilə münasibətlər daha da möhkəm və uğurlu olacaq. Xüsusilə qeyd etmək istəyirəm, biz çox məmnunuq ki, bizim həyat yoldaşlarımız arasında da münasibət var", - o qeyd edib.

 

Vens həmçinin ABŞ Prezidentinin ən xoş arzularını şəxsən Azərbaycan Prezidentinə çatdırıb və vurğulayıb ki, uzun müddət ərzində bu tərəfdaşlıq və dostluq ABŞ üçün çox böyük əhəmiyyət kəsb etməsinə baxmayaraq, lazımi qədər qiymətləndirilməyib.

 

"Hesab edirəm ki, Birləşmiş Ştatlar və Azərbaycan arasındakı bu tərəfdaşlıq regionda daha çox sülh və firavanlığa gətirib çıxaracaq. Bu, ABŞ işçilərinin daha çox bazarlara geniş çıxışını təmin edəcək və ümumilikdə insanların münaqişələr vasitəsilə deyil, ticarət vasitəsilə bir-biri ilə qarşılıqlı əlaqədə olduğu daha yaxşı bir dünya yaradacaq", - Vens vurğulayıb.

 

"Mən həmçinin fəxrlə elan edirəm ki, mənə elə gəlir, Azərbaycanın iki hissəsini (Naxçıvan Muxtar Respublikası ilə - red.) birləşdirəcək "Tramp Marşrutu" üzərindən uçan ilk şəxslərdən biri olmuşam. Ümid edirik ki, bu, iqtisadi əməkdaşlığın inkişafına, təbii ehtiyatlar və kritik əhəmiyyətli minerallar sahəsində qarşılıqlı fəaliyyətə kömək edəcək və Azərbaycanla Ermənistan arasında bu tarixi sülh sazişini möhkəmləndirməyə yardım edəcək", - ABŞ-nin vitse-prezidenti vurğulayıb.

 

O əlavə edib ki, münaqişələrin və müharibələrin qarşısını alan ən mühüm amillərdən biri xalqlar arasında mədəni mübadilə, birgə iş və qarşıdurma əvəzinə ümumi firavanlığın yaradılmasıdır.