Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
dünya

Netanyahu ABŞ-yə getdi

10-02-2026 16:00 15 Просмотров
IMG

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-a səfərə gedib.

 

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV məıumat yayıb.

 

Məlumata əsasən, Binyamin Netanyahu səfər çərçivəsində Donald Trampla görüş keçirəcək. Bu, Trampın ikinci müddətə yenidən seçilməsindən sonra İsrail hökuməti başçısının ABŞ-a yeddinci səfəridir. 

 

Səfər çərçivəsində tərəflər Qəzza sektorundakı vəziyyəti, regional məsələləri və hər şeydən əvvəl İranla danışıqları müzakirə etməyi planlaşdırırlar. Netanyahu ABŞ prezidentinə bu danışıqların əsas prinsiplərinə dair öz baxışını təqdim etmək niyyətindədir; onun fikrincə, bu prinsiplər təkcə İsrailin təhlükəsizliyi üçün deyil, Yaxın Şərqdə sülh və sabitlikdə maraqlı olan hər kəs üçün əhəmiyyətlidir.

 

Aysel Şirinova