Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Nikol Paşinyan: Biz Azərbaycanla sülhü geri dönməz hesab etməyə çox yaxınıq
siyasət

Nikol Paşinyan: Biz Azərbaycanla sülhü geri dönməz hesab etməyə çox yaxınıq

09-02-2026 19:00 17 Просмотров
IMG

Ermənistan Azərbaycanla sülhü geri dönməz hesab etməyə çox yaxındır.

 

Tvit.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda ABŞ-nin vitse-prezidenti Cey Di Venslə görüşündə bildirib.

 

N.Paşinyan bildirib ki, Vensin Ermənistana səfəri tarixi və rəmzi əhəmiyyət daşıyır və Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunmasının misli görünməmiş reallıqları kontekstində baş tutur.

 

"O, Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında formalaşmış möhkəm və strateji tərəfdaşlığın dərinliyini əks etdirir", - Baş nazir deyib.