İran parlamenti nüvə danışıqları ilə bağlı qapalı iclas keçirdi.
Tvit.az-ın Mehr agentliyinə istinadla verdiyi xəbərə görə, iclasda İran İslam Respublikası ilə ABŞ arasında danışıqlardakı son inkişafları nəzərə çatdırılıb.
Parlament iclasında Xarici İşlər naziri Seyid Abbas Əraqçı və İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Seyid Abdolrahim Musəvi də iştirak edib.
Xatırladaq ki, cümə günü ABŞ ilə İran arasında Omanda nüvə danışıqları keçirildi. Danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edən İran Xarici İşlər Naziri Abbas Əraqçı danışıqların yaxşı başlanğıc olduğunu bildirib və onların davamının paytaxtlarda aparılan məsləhətləşmələrdən asılı olduğunu əlavə edib.
İran Prezidenti Masud Pezeshkian da Omanda keçirilən son İran-ABŞ danışıqlarını müsbət addım adlandırıb. O, Tehranın nüvə proqramında məcburiyyəti rədd etdiyini və beynəlxalq hüquqa riayət etdiyini diqqətə çatdırıb.
Aysel Şirinova,
Tvit.az