Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR
sosial

Şagirdi tərəfindən güllələnən müəllimədən XƏBƏR VAR

07-02-2026 13:00 15 Просмотров
IMG

Bakıda "İdrak" liseyində 10-cu sinif şagirdi tərəfindən güllələnən riyaziyyat müəlliməsinin son vəziyyəti məlum olub.

 

Tvit.az xəbər verir ki, Oxu.Az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən bildirilib ki, 1997-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir.

 

"Onun vəziyyəti stabil qiymətləndirilir", - deyə açıqlamada bildirilib.

 

Xatırladaq ki, ötən gün Bakıda yerləşən "İdrak" liseyində silahlı insident baş verib. 10-cu sinif şagirdi Ə.Ş. liseyin müəlliməsi - 1997-ci il təvəllüdlü Şəhla Kamilovanı güllələyib.