Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır
dünya

Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

06-02-2026 22:00 12 Просмотров
IMG

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı neft ixracı üçün dəniz xidmətlərinə qadağa qoyulmasını və bankları, kriptovalyuta əməliyyatlarını və neft daşıyan kölgə donanmasını hədəf almasını əhatə edən yeni sanksiyalar paketi hazırlayıb.


Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib.


“Enerji məsələsində biz Rusiya xam neftinə tam dəniz qadağası tətbiq edirik. Bu, Rusiyanın enerji gəlirlərini daha da azaldacaq və neftlərinə alıcı tapmağı daha da çətinləşdirəcək”,- deyə sədr əlavə edib.


Elmin Alışov