Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Müəllimi güllələyən şagirdi bu cəza gözləyir
sosial

Müəllimi güllələyən şagirdi bu cəza gözləyir

06-02-2026 13:00 16 Просмотров
IMG

Müəllimi güllələyən şagirdi bu cəza gözləyirXəbər verdiyimiz kimi, "İdrak" liseyində 10-cu sinif şagirdi müəllimini güllələyib. Bəs həmin şagirdi hansı cəza gözləyir?

 

Tvit.az xəbər verir ki, hüquqşünas Elşad İsayev Metbuat.az-a açıqlamasında bildiriib ki, şagird 10-cu sinifdə oxuyur və 6–7 yaşında məktəbə başladığını nəzərə alsaq, onun hazırda 16–17 yaşı var. Bu isə o deməkdir ki, söhbət tam fəaliyyət qabiliyyəti olmayan, yetkinlik yaşına çatmayan şəxsdən gedir:

 

"Eyni zamanda, qanunvericilikdə elə cinayətlər var ki, onlara görə cinayət məsuliyyəti 14 yaşdan, digərlərinə görə isə 16 yaşdan yaranır. Cinayət Məcəlləsinin mütləq əksəriyyətində, təxminən 70–80 faizində cinayətin subyekti kimi 16 yaş nəzərdə tutulur. Bununla belə, şəxs yetkinlik yaşına çatmadığı üçün hər bir halda ona 10 ildən artıq azadlıqdan məhrumetmə cəzası təyin edilə bilməz. Burada əsas məsələ istintaqın əməlin hüquqi tövsifini necə aparmasından asılıdır. Belə ki, hadisənin nəticələrinə görə əməl yüngül və ya ağır xəsarət yetirmə kimi qiymətləndirilə, yaxud qəsdən adam öldürməyə cəhd kimi tövsif edilə bilər".

 

Hüquqşünas qeyd edib ki, əgər ittiham qəsdən adam öldürməyə cəhd maddəsi ilə irəli sürülərsə, həmin maddə üzrə cəza həddi 9 ildən 14 ilədək nəzərdə tutulur. Lakin təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığı üçün bu halda da ona 10 ildən artıq cəza verilə bilməz.

 

"Hər bir halda, istintaqın araşdırmaları nəticəsində bir çox məqamlar aydınlaşacaq. Hazırkı mərhələdə bundan artıq konkret fikir söyləmək mümkün deyil", - E.İsayev əlavə edib.